Lakin Almaniya kansleri Fridrix Merts özəl qyadada təkid edib ki, Tramp heç olmasa Rusiya və Ukrayna prezidentləri arasında hər hansı görüş zamanı atəşkəs əldə etməyə çalışsın.
“Növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm, gəlin bunun üzərində işləyək”, - Merts təklif edib.
|
| Zelenski Ağ Evdəki çıxışı ilə az qala Trampı qəzəbləndirib |
Yeri gəlmişkən, Alyaskada Putinlə görüşdən sonra da Donlad Tramp sülh razılaşmalarının hətta hərbi əməliyyatlar zamanı da əldə oluna biləcəyi fikrini açıqlayıb. O, Ağ Evdəki görüşdə də öz mövqeyini dəyişməyib.
- Mən onların dayandırılmasını istərdim, lakin strateji baxımdan bu, hər iki tərəf üçün faydalı olmaya bilər”, - Amerika lideri deyib.
“The Guardian” qəzetinin daha əvvəl yazdığına görə isə Ağ Evdə Tramp-Zelenski görüşündə ən gərgin məqam Ukrayna prezidentinin “Kiyevin münaqişəni sona çatdırmaq üçün prioritetləri haqqında təfərrüatları izah etməyə başladığı” an olub.
“Tramp onun sözünü kəsməyə çalışsa da, Zelenski danışmağa davam edib. Sonra birdən özünə gələn kimi tez sözünü bitirib”, - nəşr vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


