“Hələ bilmirik. Siyahıda müxtəlif yerlər - Cenevrə, İstanbul, Vatikan, Səudiyyə Ərəbistanı var. 1994-cü ildəki yerinə yetirilməmiş razılaşmanı nəzərə alsaq, Budapeşt üstünlük verilən yerlər arasında deyil”, - ukraynalı siyasətçi jurnalsitin potensial görüşün harada keçirilə bilməsi barədə sualının cavabında vurğulayıb.
Xatırladaq ki, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları arasında onun iştirakı ilə üçtərəfli görüşlə davam etdirilə biləcək ikitərəfli görüşə hazırlıqların aparıdlığını iddia edib.
|
| Putin-Zelenski görüşü sual altındadır? |
- Bu baxımdan, xüsusilə, Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarının öyrənilməsi zərurəti müzakirə olunub”, - rusiyalı məmur bildirib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə diqqətə çatdırıb ki, potensial üçtərəfli görüş vəziyyətin pisləşməsinə səbəb olmamalıdır və bu səbəbdən diqqətli hazırlıq tələb edilir.
Bəzi analitiklər Lavrovun bu bəyanatının əslində Putinin Zelenski ilə görüşmək istəmədiyini ehtiva etdiyini düşünürlər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


