Paşinyan: “Ter-Petrosyan meydandan qaçıb”

      Paşinyan:    “Ter-Petrosyan meydandan qaçıb”
  22 Avqust 2025    Oxunub:1069
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın tənqidlərinə cavab verib.
AzVision.az xəbər verir ki, bundan əvvəl Levon Ter-Petrosyan hazırkı hökumət başçısını daxili siyasi vəziyyəti və sabitliyi pozmaqda ittiham edib. Onun sözlərinə görə, Nikol Paşinyanın siyasəti cəmiyyətin birləşməsinə yox, parçalanmasına gətirib çıxarır.

Bunun cavabında Ermənistanın baş naziri sosial şəbəkədə şərh yazaraq Ter-Petrosyanı “sakitləşməyə və ölkədə qurulan dinc həyatdan həzz almağa” çağırıb.

“Siz 1996-cı ildəki seçkinin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçmısınız. Başa düşürəm ki, indi də siz getmək istəyirsiniz, amma qaçmağa yer yoxdur”, - Nikol Paşinyan ölkənin ilk prezidentinə onun keçmişini xatırladıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Ter-Petrosyan  



Xəbər lenti