Almaniya: "Fələstinin tanınması düzgün addım deyil"

   Almaniya:    "Fələstinin tanınması düzgün addım deyil"
  22 Avqust 2025    Oxunub:1131
"Hazırkı mərhələdə Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınması "qeyri-məqbul" qərardır".
Bu sözləri Almaniya hökumətinin sözçüsü mətbuat konfransında danışarkən dilə gətirib. O vurğulayıb ki, rəsmi Berlin hazırda Fələstin Muxtariyyətini tanımaq niyyətində deyil.

"Çünki bu, Qəzza zolağında İsraillə iki dövlətli həll yolu üzrə aparılan danışıqlara, göstərilən səylərə zərbə vura bilər. İki dövlətli həll bu gün çox uzaq ehtimal kimi görünsə də, bizim məqsədimizdir", – sözçü deyib.

Məlumat üçün xatırladaq ki, Avstraliya, Britaniya, Fransa, Kanada və digər bir sıra dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Fələstin  



Xəbər lenti