Daha bir marşrutun avtobusları yenilənir

Daha bir marşrutun avtobusları yenilənir
  23 Avqust 2025    Oxunub:1204
Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a bildirilib ki, 2025-ci il Çin istehsalı olan "Yutong" markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.

AzVision.az


Teqlər: AYNA  



Xəbər lenti