AK sədri: “Moskva və Pekin bayram edəcəkdilər”

      AK sədri:    “Moskva və Pekin bayram edəcəkdilər”
  25 Avqust 2025    Oxunub:970
Avropa İttifaqı (Aİ)-ABŞ ticarət razılaşmasından imtina etmək Moskva və Pekində bayrama səbəb olardı.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində belə deyib.

“Təsəvvür edin ki, demokratik dünyanın iki ən böyük iqtisadi gücü razılığa gəlməsəydi və ticarət müharibəsinə başlasaydı, yalnız Moskva və Pekin bayram edərdi”, - siyasətçi vurğulayıb.

Sazişi ideal olmasa da, möhkəm sənəd kimi qiymətləndirən AK sədrinin sözlərinə görə, Aİ tərəfindən qarşılıqlı rüsumların tətbiqi işçilər, istehlakçılar və sənaye üçün mənfi nəticələrə gətirib çıxaracaq ticarət müharibəsinə səbəb ola bilərdi.

Politico: “Tramp Brüsselə təzyiq göstərib” | VİDEO
Xatırladaq ki, iyulun 27-də ABŞ prezidenti Donald Tramp AK-nin sədri Ursula fon der Lyayenlə görüşdən sonra Aİ ilə yeni ticarət razılaşmaları açıqlama verib. İndi ABŞ-yə idxal olunan bütün Avropa mallarına rüsum 15% təşkil edəcək, Aİ isə Amerika ixracına tariflər tətbiq etməyəcək.

Brüssel həmçinin ABŞ-dən mayeləşdirilmiş təbii qaz, nüvə yanacağı və silah almağı öhdəsinə götürüb. Razılaşma Aİ-nin Amerikadan 750 milyard dollarlıq - Trampın prezidentliyinin sonuna qədər hər il 250 milyard dollar - enerjidaşıyıcıları alması və yeni ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə yatırması öhdəliyini ehtiva edir.

Yeri gəlmişkən, yüksək vəzifəli amerikalı məmura istinad edən “Politico” nəşri ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşmasının imzalanması üçün Brüsselə təzyiq göstərdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   ABŞ     Rusiya   Çin  



Xəbər lenti