İlon Mask rəqiblərini təqib edir

İlon Mask rəqiblərini təqib edir
  26 Avqust 2025    Oxunub:860
Amerikalı iş adamı, milyarder İlon Maskın “xAI” Texas ştatının federal məhkəməsində “Apple” və “ChatGPT” platformasının yaradıcısı “OpenAI” şirkətlərini süni intellekt (Sİ) sahəsində rəqabəti boğmaq üçün qeyri-qanuni sövdələşmədə ittiham edərək, onlara qarşı iddia qaldırıb.
AzVision.az xəbər verir ki, iddia sənədindən sitat gətirən “Reuters” agentliyinin məlumatına görə, “Apple” və “OpenAI” şirkətləri bazarları inhisara alaraq, “X” və “xAI” kimi innovativ şirkətlər tərəfindən rəqabətin aparılmasına maneələr yaradıblar.

“Apple”, “OpenAI” ilə əməkdaşlıq əsasında “ChatGPT” platformasını “iPhone”, “iPad” və “Mac” noutbuklarının əməliyyat sisteminə inteqrasiya edib.

- “OpenAI” ilə eksklüziv sövdələşmə “Apple” şirkətinin “App Store” platformasında “X” və “Grok” proqramlarının görünməsini məhdudlaşdırmasının yeganə səbəbidir”, - iddiada deyilir.

Yüksək texnologiyalar bazarında sağlam rəqabətin pozulduğunu vurğulayan “xAI” şirkəti milyardlarla dollar təzminat tələb edir.

“Yeni iddia cənab Mask tərəfindən davam edən təqib kampaniyasının bir hissəsidir”, - öz növbəsində “OpenAI” şirkətinin sözçüsü verdiyi açıqlamada bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   rəqiblər   təqib  



Xəbər lenti