Qazaxda açıq ərazidə yanğın olub - VİDEO

   Qazaxda açıq ərazidə yanğın olub -    VİDEO
  29 Avqust 2025    Oxunub:1218
Qazax şəhərinin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 2ha sahədə əsasən kol-kos və quru ot yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.



AzVision.az



Teqlər:



Xəbər lenti