Laricani Qriqoryanla regional prosesləri müzakirə ediblər

 Laricani Qriqoryanla regional prosesləri müzakirə ediblər
  30 Avqust 2025    Oxunub:1063
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Bu barədə AzVision.az “Mehr”ə istinadən xəbər verir.

Qeyd olunub ki, iclasda bir müddət əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının xarici işlər üzrə müavini təyin edilmiş Əli Baqeri Kani də iştirak edib.

Tərəflər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.


AzVision.az


Teqlər:



Xəbər lenti