Xanım Ribera bildirib ki, Aİ-nin ticarət danışıqları üzrə müvəkkilləri birlik daxilindəki razılaşma əsasında Vaşinqtonla ticarət sövdələşmələri zamanı ABŞ-yə qarşı “lütfkarlıq” nümayiş etdiriblər.
Avrokomissar vurğulayıb ki, Brüssel Aİ-nin əsas texnologiya qanunlarını - Rəqəmsal Xidmətlər Aktı və Rəqəmsal Bazarlar Aktını ləğv etmək üçün ABŞ-nin heç bir məcburiyyətini qəbul etməməlidir.
“Biz mehriban, nəzakətli ola bilərik, problemləri və fikir ayrılıqlarını həll etmək yollarını tapmağa çalışa bilərik. Lakin ABŞ-nin tələb etdiyi ilə razılaşa bilmərik”, - Teresa Ribera xəbərdarlıq edib.
|
| Reuters: “Tramp Aİ məmurlarını hədəfə ala bilər” |
Xatırladaq ki, iyulun 27-də ABŞ prezidenti Donald Tramp AK-nin sədri Ursula fon der Lyayenlə görüşdən sonra Aİ ilə yeni ticarət razılaşmaları açıqlama verib. İndi ABŞ-yə idxal olunan bütün Avropa mallarına rüsum 15% təşkil edəcək, Aİ isə Amerika ixracına tariflər tətbiq etməyəcək.
AK sədri Trampla ticarət razılaşmasını “sabitlik və proqnozlaşdırıla bilməsi” baxımından yüksək qiymətləndirib. Onun sözlərinə görə, Aİ-ABŞ ticarət razılaşmasından imtina etmək Moskva və Pekində bayrama səbəb olardı.
Lakin müqavilənin imzalanmasından bir neçə həftə sonra vergiləri, texnologiya şirkətləri ilə bağlı qaydaları və ya qanunları ABŞ-yə qarşı “ayrı-seçkilik sərgiləyən” ölkələri Tramp tariflər və ixrac nəzarəti tətbiq edəcəyi ilə hədələyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


