Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  30 Avqust 2025    Oxunub:1086
Avqustun 31-də gözlənilən hava proqnozu açıqlanıb.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına isitnadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə eidləcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman qeydə alınacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

AzVision.az


Teqlər: hava   sabah  



Xəbər lenti