“Kriti Vüsal Masallinski” həbs olunub

   “Kriti Vüsal Masallinski” həbs olunub
  01 Sentyabr 2025    Oxunub:1111
Kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev müxtəlif cinayət əməllərində təqsirləndirilərək saxlanılıb.
AzVision.az -ın məlumatına görə, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Kriti Vüsal” törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti