Keçmiş münaqişəsi ilə bağlı ATƏT-də qəbul edilmiş bütün qərarlar etibarsız elan olunub

   Keçmiş münaqişəsi ilə bağlı ATƏT-də qəbul edilmiş bütün qərarlar etibarsız elan olunub
  01 Sentyabr 2025    Oxunub:923
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qəbul olunan qərarda qeyd edilib.

Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

AzVision.az



Teqlər:



Xəbər lenti