Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir.
Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir.
Füzuli rayonunun Horadiz şəhərində, Cəbrayıl və Xızı rayonlarında fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-a qədər nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


