Paksitanda terror aktı: çoxlu ölən var

   Paksitanda terror aktı:    çoxlu ölən var
  03 Sentyabr 2025    Oxunub:928
Pakistanın cənub-qərbində, Bəlucistan əyalətinin Kvetta şəhərində kamikadzenin özünü partlatması nəticəsində ən azı 15 nəfər həlak olub
AzVision.az xəbər verir ki, regional Səhiyyə nazirliyinə istinad edən “Geo TV” telekanalı belə məlumat yayıb.

“Regional Səhiyyə idarəsindən verilən məlumata görə, 38 zərərçəkəndən səkkizinin xəstəxanalarda müalicəsi davam edir. Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün xüsusi istintaq qrupu yaradılıb. Terrorla mübarizə üzrə regional idarənin nümayəndəsi cinayət işi açıldığını bildirib”, - xəbərdə deyilir.

Partlayışın sentyabrın 2-də Bəlucistan Milli Partiyasının (BNP) təşkil etdiyi izdihamlı mitinq bitdikdən az sonra stadionun yaxınlığındakı avtomobil dayanacağında baş verdiyi bildirilir.

Pakistan rəsmilərinin açıqlamasına görə, daha çox insan tələfatının qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən kamikadze mitinqə daxil ola bilməyib. Əks halda qurbanların daha çox olardı.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   terakt  



Xəbər lenti