Dövlət qurumlarına kiberhücumlar azalıb

Dövlət qurumlarına kiberhücumlar azalıb
  04 Sentyabr 2025    Oxunub:841
Bu ilin yanvar-avqust aylarında dövlət qurumlarına 612 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) AzVision.az -a verilən məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır. Kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə avqustda 39 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25% azdır.

2024-cü ildə dövlət qurumlarına 1070 kiberhücum qeydə alınıb. 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

AzVision.az


Teqlər: XRİTDX  



Xəbər lenti