Paytaxtda abidəyə zərər yetirən konstruksiya sökülür
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür. Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür. Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq:
"Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verən vətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsində şəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaq".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


