Baş prokuror Yasamalda vətəndaşlarla görüşüb

Baş prokuror Yasamalda vətəndaşlarla görüşüb
  05 Sentyabr 2025    Oxunub:1181
Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Yasamal rayonu və digər bölgələrdən vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  



Xəbər lenti