Bakı-Tehran-Bakı aviareysi bu tarixdən bərpa olunur

Bakı-Tehran-Bakı aviareysi bu tarixdən bərpa olunur
  05 Sentyabr 2025    Oxunub:592
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb.

Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib:

"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".

AzVision.az





Teqlər:



Xəbər lenti