Bir sıra rayonda leysan yağıb

Bir sıra rayonda leysan yağıb
  08 Sentyabr 2025    Oxunub:836
Sentyabrın 8-i saat 9:00 üçün məlumata əsasən, ölkənin bir sıra ərazisində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Balakən-Şəki zonasında yağıntılar intensiv olub. Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki, Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

AzVision.az


Teqlər: hava   leysan  



Xəbər lenti