Bibiheybətdə istirahət mərkəzində yanğın baş verib

Bibiheybətdə istirahət mərkəzində yanğın baş verib
  08 Sentyabr 2025    Oxunub:461
Bibiheybət qəsəbəsində yerləşən istirahət mərkəzində yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti