Bakıda 20-dən artıq şəxsi aldadan şirkət rəhbəri həbs olunub
Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtida istintaq çərçivəsində "JOY TOUR" və "JOY TRAVEL" məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor yoxlaması təyin edilməklə icrası Azərbaycanın Auditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamaların nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


