Zaqatalada körpüdən çaya yıxılan sakin xilas edilib

Zaqatalada körpüdən çaya yıxılan sakin xilas edilib
  08 Sentyabr 2025    Oxunub:1090
Zaqatala şəhəri ərazisindən keçən Tala çayı üzərindəki körpüdən yıxılan sakin xilas edilərək xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Xidməti bildirib ki, şəhər ərazisində bir nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Xidmətin əməkdaşları cəlb olunub və çay mənbəyinə düşən 40 yaşlı Elçin İsayev xilas edilib. Təcili tibbi yardım bölməsinin həkimləri vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər Elçin İsayevin vəziyyətinin kafi olduğunu, müalicəsinin davam etdirildiyini bildiriblər.

Hadisənin təfərrüatları araşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti