Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
  15 Sentyabr 2025    Oxunub:484
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasının iş planına məsələ daxil edilib. İctimai dinləmədə Səhiyyə Nazirliyi və səhiyyə sahəsindəki digər müvaviq qurumların nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 15-də keçirilən iclasında bildirib ki, dünyada vərəmə yoluxma halları artıb: “Hazırda vərəmin müalicəyə çətin tabe olan formaları ortaya çıxıb. Ona görə də müvafiq qurumlarla birgə dinləmə keçirməyə ehtiyac var”.

AzVision.az


Teqlər:



Xəbər lenti