Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb

   Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb
  18 Sentyabr 2025    Oxunub:1098
Azərbaycan, həmçinin Bosniya və Herseqovina Ukrayna istiqamətində beynəlxalq yük daşımaları üçün əlavə icazələr verib.
Bu barədə Ukraynanın icmaların və ərazilərin inkişafı nazirinin müavini Sergiy Derkaç özünün "Facebook" hesabında məlumat verib. O diqqətə çatdırıb ki, Azərbaycan Ukraynaya üçüncü ölkələrdən yükdaşıma üçün əlavə 100 icazə verib. Bu, əsas kvotaya təqribən 20% artım deməkdir.

Bosniya və Herseqovina isə Kiyev üçün qarşılıqlı, tranzit və beynəlxalq daşımalarda əlavə 300 yer ayırıb ki, bu da əvvəlki limitdən 100% çoxdur.

Nazir müavininin sözlərinə görə, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox uçuş həyata keçirməyə, logistik marşrutları möhkətməyə və biznes xətlərini genişləndirməyə imkan verəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   Azərbaycan   Bosniya   kvota  



Xəbər lenti