Aİ-nin komissarı Qarabağda görülən işləri yüksək qiymətləndirib
Bu səfər mənim üçün önəmli məqamlarla yadda qaldı. Vurğulamaq istədiyim üç əsas məqam var: Birincisi, heç bir müharibə yaxşı nəticə vermir. Müharibə insanların həyatını alt-üst edir, dərin yaralar açır və onun ağır nəticələri uzun illər qalır. İkincisi, sülh mümkündür. Sülh naminə müharibəni dayandırmaq, barışığa xidmət edən addımlar atmaq və gələcəyə bu baxış əsasında yönəlmək vacibdir. Azərbaycan və Ermənistanın atdığı addımlar bunun nümunəsidir. Üçüncüsü, Avropa İttifaqı bu prosesə dəstək göstərməyə hazırdır. Mən ümidvaram ki, bu gün maliyyə sazişi imzalanacaq və bu sənəd vasitəsilə bölgənin inkişafı, xüsusən də səhiyyə sisteminin gücləndirilməsi üçün maliyyə yardımı təmin ediləcək", - deyə Marta Kos bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


