Əfqanıstan Azərbaycandan "AI-92" markalı benzin tədarükünə başlayıb
Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.
Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,097 milyon ABŞ dolları dəyərində 2,016 min ton “AI-92" markalı benzin ixrac edilib.
Qeyd edək ki, eyni zamanda bu ilin yanvar-iyul yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 39,3 min ton və ya 1,9 dəfə, dəyər baxımından isə 28,5 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


