Türkiyə ABŞ-dan 250 Boeing təyyarəsi və hərbi texnika alır
Məlumata görə, bu böyük sifariş ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açmaqla yanaşı, NATO üzvləri arasında uzun müddətdir davam edən F-35 mübahisəsinin həllinə də töhfə verə bilər. Görüşdə həmçinin “Lockheed Martin” şirkətindən F-16 Viper qırıcıları və digər müdafiə texnikasının alınması ilə bağlı razılaşmaların da müzakirə olunacağı gözlənilir.
Türkiyəli rəsmilər bildiriblər ki, Ərdoğan müdafiə sənayesindən enerji daşıyıcılarına qədər on milyardlarla dollar dəyərində razılaşmalar əldə etməyi planlaşdırır. Bu çərçivədə Türkiyə 40 ədəd F-35, 40 ədəd F-16 qırıcısı və aviabomba, raketlər daxil olmaqla iri həcmdə silah-sursat alacaq. Mütəxəssislər bunun, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı uzun müddət davam edən mübahisəni də həll edə biləcəyini qeyd edirlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


