Almaniya XİN: "Fələstini tanımaq axırıncı məsələdir"

      Almaniya XİN:    "Fələstini tanımaq axırıncı məsələdir"
  22 Sentyabr 2025    Oxunub:870
"Almaniya Fələstin Muxtariyyətini rəsmi dövlət səviyyəsində yalnız israillilər və fələstinlilər arasında iki dövlətli həll yolu üzrə danışıqlar nəticəsində tanıya bilər".
Bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərinə səfərdən qabaq jurnalistlərə açıqlamasında söyləyib. O vurğulayıb ki, tərəflər arasında lazımi danışıqlar baş tutmazsa, rəsmi Berlinin Fələstini tanımasından söhbət gedə bilməz.

"Danışıqlar nəticəsində iki dövlətli həll yolu israillilərə və fələstinlilərə sülh, təhlükəsizlik və ləyaqət içində yaşamağa imkan verən yeganə yoldur", – nazir vurğulayıb.

Onun sözlərinə görə, Almaniya üçün Fələstinin tanınması bu prosesin axırında mümkündür
Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyıb

Xatırladaq ki, dünən BMT-nin Baş Assambleyasında Britaniya, Kanada, Avstraliya və Portuqaliya ötənaykı vədlərinə əsasən Fələstini tanıdıqları ilə əlaqədar bəyanat yayıblar. Hazırda Fransanın da oxşar addım atacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Fələstin   BMT   dövlət   tanıma  



Xəbər lenti