Moskvaya PUA hücumu olub

 Moskvaya PUA hücumu olub
  22 Sentyabr 2025    Oxunub:788
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
AzVision.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.

Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.

O, Moskva istiqamətində uçan 7 PUA-nın məhv edildiyini açıqlayıb.

Vurğulayıb ki, ilkin məlumata görə, dağıntı olmayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti