Əl Şaraa: “Biz İsraildən qorxuruq”

      Əl Şaraa:    “Biz İsraildən qorxuruq”
  24 Sentyabr 2025    Oxunub:860
Suriya İsrailə problem yaradan ölkə deyil.
AzVision.az xəbər verir ki, Suriyanın keçid dövrü üçün prezidenti Əhməd Əl Şaraa belə deyib.

“Əslində onlar bizdən yox, biz İsraildən qorxuruq. İsrail danışıqları dayandırır və hava məkanımızı pozmaqda və ərazimizə soxulmaqda israrlıdır. Suriyanı parçalamaq məqsədi daşıyan istənilən diskussiya İraqa, Türkiyəyə də ziyan vurur. Bu, hamımızı əvvələ qayıtmağa məcbur edir”, - Suriya lideri bildirib.

Daha əvəvl Əl Şaraa bəyan etmişdi ki, Dəməşq bərpa prosesindədir və bütün ölkələrlə normal münasibətlər saxlamalıdır.

O, həmçinin İsrailin Suriya ərazisinə hücumlarının sırf təhlükəsizlik problemləri ilə bağlı olub-olmadığını da sual altına qoyub.

- Ancaq əsl sual budur ki, İsrailin həqiqətən təhlükəsizlik narahatlığı var, yoxsa onun ekspansionist ambisiyaları mövcuddur? Danışıqlar bunu üzə çıxaracaq”, - Suriyanın keçid dövrününü prezidenti vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   İsrail   qorxu  



Xəbər lenti