İranda son 9 ayda min adam edam olunub

İranda son 9 ayda min adam edam olunub
  24 Sentyabr 2025    Oxunub:824
İlin əvvəlindən İran İslam Respublikasında azı 1000 məhbus edam edilib. Son bir həftə ərzində 64 edam aktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, Iran Human Rights (IHRNGO) hüquq müdafiəçisi təşkilatının yaydığı press-relizdə bunun son 30 ildə rekord göstərici olduğu bildirilir.

“Bütün edamların 50%-i narkotiklə əlaqəli cinayətlərə, digər 43%-i adam öldürməyə, 3%-i isə silahlı üsyan və Allaha düşmənçilik kimi təhlükəsizliklə bağlı cinayətlərə görə olub. Edamların daha 3%-i zorlama, 1%-i isə İsrail üçün casusluqla bağlı olub”, - hesabatda vurğulanır.

Təşkilatın iddiasına görə, 1000 edam barədə məlumatın yalnız 11%-i rəsmi mənbələr tərəfindən açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   edamlar  



Xəbər lenti