Kreml: “Rusiya qalib gəlməlidir”

      Kreml:    “Rusiya qalib gəlməlidir”
  24 Sentyabr 2025    Oxunub:903
Müharibə hazırda ən kəskin mərhələdədir və ölkə vətəndaşlarının övladlarının, nəvələrinin və gələcəyinin naminə Rusiya qalib gəlməyə məcburdur.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RBK” radiosuna müsahibəsində belə deyib.

“Müharibə gedir. Xüsusi hərbi əməliyyat (XHƏ – Rusiya Ukraynaya hərbi müdaxiləsini belə adlandırır – red.) bir məsələdir. Amma ətrafımızda baş verənlər müharibədir”, - Kremlin sözçüsü bildirib.

Ukrayna ilə danışıqların perspektivlərinə toxunan Peskov qeyd edib ki, Vladimir Putin və Vladimir Zelenski arasında hazırlıqsız görüş “uğursuz piar” olacaq.

- Kiyev danışıqlar yeri kimi Avstriya və İsveçrəni təklif edib, lakin Moskva bu ölkələri neytral saymır”, - Rusiya prezidentinin mətbuat katibi xatırladıb.

Rusiya iqtisadiyyatındakı vəziyyəti də şərh edən Dmitri Peskov ölkə iqtisadiyyatının əsasən cəbhənin ehtiyaclarına uyğunlaşdığını, bütün sosial öhdəliklərin yerinə yetirildiyini, büdcənin balanslaşdırıldığını diqqətə çatdırıb. O, sanksiyalar nəticəsində daha da dərinləşən problemlərin mövcudluğunu etiraf etsə də, Rusiyanın makroiqtisadi sabitliyi qoruyub-saxladığını vurğulayıb.

- Moskva enerji resurslarını uğurla Şərq bazarlarına yönləndirir, Avropa isə Rusiya üçün “premium bazar” olmaqdan çıxır. Bununla belə, Rusiya Avropa təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qalır. Amma biz Rusiyanın təhlükəsizliyi hesabına Avropanın təhlükəsizliyi məsələsini araşdırmaq mümkün deyil”, - Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, sözügedən müsahibədə Dmitri Peskov Rusiyanın “əsl ayı” olduğunu da xatırladıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   müharibə   qələbə  



Xəbər lenti