“İnanıram ki, Ukrayna Avropa İttifaqının (Aİ) dəstəyi ilə döyüşməyə və bütün ərazisini öz ilkin sərhədləri daxilində geri almağa qadirdir”, - qəzet Amerika liderinin “Truth Social” şəbəkəsindəki paylaşımından sitat gətirir.
|
| Tramp Zelenskini təəccübləndirib |
- Vaxt keçdikcə Avropanın, xüsusən NATO-nun səbri və maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədlərə qayıtmaq çox real seçimdir”, - Donald Tramp bildirib.
Beləliklə, Amerika lideri Ukraynaya yeni yardım vəd etmək və ya Rusiyaya təzyiqi artırmaq əvəzinə, faktiki olaraq məsuliyyəti Avropa və NATO-nun üzərinə qoyur.
“Tramp Kiyevə əlavə dəstək elan etmir və ya Moskvanı yeni sanksiyalarla hədələmir. Onun yeganə öhdəliyi müttəfiqlərinə silah satmağa davam etməkdir”, - qəzetdə dərc olunan məqalədə vurğulanır.
Müəllifin fikrincə, Trampın mövqeyi çətin ki, Rusiya-Ukrayna müharibəsi ətrafında vəziyyətin inkişafına təsir etsin.
Maraqlıdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin özü əslində münaqişənin həlli ilə bağlı Donald Trampın mövqeyinin Kiyevin xeyrinə dəyişdiyini və müsbət mənada bundan təəccübləndiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


