Makron Rusiyadan qorxduğunü göstərdi

   Makron Rusiyadan qorxduğunü göstərdi
  25 Sentyabr 2025    Oxunub:664
Fransa NATO ölkələrinin hava məkanının pozulmasına daha qətiyyətli reaksiya verməsini müdafiə edir, lakin belə hadisələr baş verərsə, Rusiya təyyarələrinin avtomatik şəkildə vurulması tələbini qoymur.
AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron “France 24” telekanalına müsahibəsində belə deyib.

“Yeni təxribatlar olarsa, bir az da sərt cavab verməliyik. Amma “yoxlamalar”dan söhbət gedirsə biz atəş açmamalıyıq”, - Fransa prezidenti Rusiya təyyarələrinin onların hava məkanını pozması halında alyans ölkələrinin necə davranması sualını şərh edib.

Onun sözlərinə görə, Rusiya PUA-ları sentyabrın 10-u və 14-də müvafiq qaydada Polşa və Rumıniyanın hava məkanını pozub. Makron həmçinin üç Rusiya qırıcısını sentyabrın 19-da Estoniyanın hava məkanını pozmaqda ittiham edib. Fransa prezidentinin fikrincə, NATO üzv dövlətlərin iclasını çağırmaqla və “müdafiə mövqeyini gücləndirməklə” bu hadisələrə “proporsional cavab verib”.

Polşanın baş naziri Donald Tuskun təklif etdiyi kimi, bu ölkənin öz ərazisi üzərində hava hədəflərini vurmağa başlayacağı təqdirdə Parisin Varşavanı dəstəkləməyə hazır olması barədə sualın cavabında Fransa lideri bildirib ki, bu, gələcəkdə baş verə biləcək mümkün pozuntulara aiddir.

Makron qeyd edib ki, cavab mütənasib olmalıdır. Eyni zamanda Fransa lideri hipotetik ssenarilər haqqında təfərrüatlara varmaqdan imtina edərək, “çox proqnozlaşdırıla bilən” olmaq istəmədiyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Rusiya   qorxaqlıq  



Xəbər lenti