Moskvada iki sərnişin təyyarəsi toqquşub

Moskvada iki sərnişin təyyarəsi toqquşub
  25 Sentyabr 2025    Oxunub:862
“Şeremetyevo” hava limanından Moskvadan Sankt-Peterburqa uçan “Sukhoi Superjet” təyyarəsinin eniş zolağında digər sərnişin təyyarəsi ilə toqquşması nəticəsində sərnişinlər təxliyə edilib.
AzVision.az xəbər verir ki, “Rossiya” aviaşirkətinin mətbuat xidmətinə istinad edən “Kommersant” nəşri belə məlumat yayıb.

“Hazırda texniki xidmətlər təyyarəyə baxış keçirir. Sərnişinlər hava limanının aerovağzal binasında endirilib və Sankt-Peterburqa reysə minmə Moskva vaxtı ilə saat 23:08-də başlayıb”, - aviaşirkətin açıqlamasında deyilir.

Rusiya mətbuatının məlumatına görə, təyyarə Pekinə yola düşməyə hazırlaşan “Hainan Hava Yolları”na məxsus “Airbus A330” təyyrəsi ilə toqquşub. Toqquşma zamanı “Sukhoi Superjet” təyyarəsində təxminən 100 nəfər olub. Hadisə zamanı “Sukhoi Superjet”-in quyruğu, “Airbus 330”-un isə qanadını zədələyib. Xəsarət alan olmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   təyyarə   toqquşma  



Xəbər lenti