Cey Di Vens Moskvanı hədələyib

   Cey Di Vens Moskvanı hədələyib
  25 Sentyabr 2025    Oxunub:763
Ağ Evin rəhbəri Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Rusiyanın səylərinin kifayət qədər aktiv olmamasından qıcıqlanıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens belə deyib. Onun sözlərinə görə, Vaşinqton həm ruslarla, həm də ukraynalılarla inanılmaz dərəcədə vicdanlı danışıqlar aparıb. Vensin fikrincə, prezident Tramp indi Rusiyaya qarşı böyük səbirsizlik nümayiş etdirir. Çünki Amerika lideri Moskvanın müharibəni bitirmək üçün kifayət qədər səy göstərdiklərini hiss etmir.

“Prezident Donald Tramp əmindir ki, bu münaqişə Rusiya üçün zərərlidir. Mən bunu hər zaman deyirəm. Prezident bunu həmişə deyir. Bu münaqişə Rusiya üçün zərərlidir. Ukrayna üçün zərərlidir. Amerika üçün zərərlidir. Biz qətli dayandırmaq istəyirik. Bu, prezidentin mövqeyi olaraq qalır”, - ABŞ vitse-prezidenti vurğulayıb.

Açıq şəkildə Rusiyanı hədələyən Di Vens müharibəni bitirmək üçün “vicdanlı danışıqlardan” imtina edəcəyi təqdirdə bunun Moskva üçün “çox pis” nəticələr verəcəyini vəd edib.

- Rusiya vicdanlı danışıqlardan imtina edərsə, düşünürəm ki, bu, həmin ölkə üçün çox, çox dəhşətli nəticələrə gətirib çıxaracaq. Prezident açıq şəkildə bildirdi: bu, mövqeyi dəyişmək deyil, reallığı etiraf etməkdir”, - siyasətçi bildirib.

Bu arada “The Wall Street Journal (WSJ)” Donald Trampın kəşfiyyat məlumatı aldığını yazıb. Xəbərdə Ukrayna ordusunun planlaşdırılan hücumu üçün ABŞ-dən kəşfiyyat məlumatı tələb olunacağı bildirilir.

Nəşr onu da diqqətə çatdırır ki, Rusiyaya qarşı ritorikanın dəyişməsinə baxmayaraq, ABŞ prezidenti hələ də Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbələr endirməyə icazə vermir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vens   Rusiya   təhdid  



Xəbər lenti