Türkiyə ABŞ-dən 225 təyyarə alacaq

   Türkiyə ABŞ-dən 225 təyyarə alacaq
  26 Sentyabr 2025    Oxunub:1333
Türkiyənin dövlət hava yolları şirkəti ("Türk Hava Yolları") öz donanması üçün ABŞ-dən 225 "Boeing" təyyarəsi almağı planlaşdırır.
Britaniyanın "The Independent" qəzeti öz mənbələrinə istinadən yazır ki, bu açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşü fonunda verilib. Məlumata əsasən, şirkət 75 ədəd "Boeing B787-9" və "B787-10", habelə 150 ədəd "737-8/10MAX" təyyarəsi almağı nəzərdən keçirir. Məsələ üzrə "Boeing" şirkəti ilə müvafiq danışıqlar artıq aparılıb.

Təyyarələrinin Türkiyəyə 2029-2034-cü illər aralığında çatdırılacağı bildirilir. "Türk Hava Yolları", eyni zamanda, mühərrik, ehtiyat hissələri və texniki xidmətin satın alınması məqsədilə "Rolls-Royce" və "GE Aerospace" şirkətləri ilə təmasdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   təyyarə  



Xəbər lenti