Bildirilib ki, ziyarətdən sonra anım tədbiri Agentliyin inzibati binasında davam etdirilib. Tədbirdə Agentliyin rəisi çıxış edərək, Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını, onların qəhrəmanlığının gələcək nəsillərə nümunə olduğunu vurğulayıb.
27 Sentyabr tarixi Azərbaycanın müasir tarixində qəhrəmanlıq və birlik rəmzi kimi qeyd olunur. Bu gün, Vətən uğrunda canından keçənlərin ruhuna ehtiram bildirmək və onların döyüş yolunu xatırlamaq üçün mühüm əhəmiyyət daşıyır.
Anım günü ilə əlaqədar silsilə tədbirlər Agentliyin bütün regional idarələrində də keçirilib, şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, xatirə məkanları və şəhidlər xiyabanları ziyarət edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


