Böyük günlərin xronikası: 28 sentyabr

   Böyük günlərin xronikası:    28 sentyabr
  28 Sentyabr 2025    Oxunub:939
2020-ci il sentyabrın 28-də, yəni Vətən müharibəmizin 2-ci günü BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş oldu. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.
Dövlət başçımız qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Eyni gündə:
• Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusunun üç silah-sursat anbarı, çoxsaylı texnikası və 550-dən çox canlı qüvvəsi məhv edilib.

• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.

• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.

Şəkil: zefer.az


Teqlər: Vətən-Müharibəsi  



Xəbər lenti