Kelloq: “Tramp Rusiyaya zərbələrin əleyhinə deyil”

      Kelloq:    “Tramp Rusiyaya zərbələrin əleyhinə deyil”
  29 Sentyabr 2025    Oxunub:1050
ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinə qarşı deyil, lakin hələ ki, “Tomaqavk” raketlərinin Kiyevə verilməsinə dair qərar qəbul etməyib.
AzVision.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalının efirində belə deyib.

“Məncə, onun dediklərini, həmçinin vitse-prezident Vens və Dövlət katib Rubionun dediklərini oxusanız, cavab “bəli” olacaq”, - Amerika liderinin xüsusi nümayəndəsi deyib.

WP: “Kiyev Trampdan iki suala cavab istəyir”
Kit Kelloq aparıcının “Siz deyirsiniz ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə vermək prezidentin mövqeyidir, buna prezident tərəfindən sanksiya verilib?” sualını belə cavablandırıb.

Kiyevə “Tomoqavk” tipli raketlərin verilməsinə gəlincə isə, onun sözlərinə görə, bu qərar hələ qəbul olunmayıb.

Daha əvvəl Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı istisna etmədiyi barədə məlumat yayılmışdı.

Bununla belə, Amerika lideri məhdudiyyətləri birbaşa ləğv etmək barədə öhdəlik götürməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kelloq   Rusiya   zərbələr  



Xəbər lenti