İsveç Ukraynaya 122 milyon dollar yardım ayırıb

İsveç Ukraynaya 122 milyon dollar yardım ayırıb
  29 Sentyabr 2025    Oxunub:1040
İsveç hökuməti Kiyevə 122 milyon dollar həcmində yeni mülki dəstək paketinin ayrılmasına qərar verib.
Bu barədə İsveç mətbuatı hökumətə istinadən məlumat yayıb. Bildirilib ki, yardım Ukraynanın ən vacib ehtiyaclarını ödəməyə yönəldiləcək. Yardım ayrılan sahələr enerji təchizatı, mənzil, səhiyyə, minalardan təmizləmə, qaçqınlara yardım və müstəqil mediadır. Vəsaitin 15,44 milyon dolları isə humanitar yardım üçün nəzərdə tutulub.

Ümumilikdə, İsveçin Ukraynaya mülki dəstəyinin həcmi 2025-ci ildə 958 milyon dollara çatıb. Bu, krallığın inkişaf yardımı büdcəsinin 16%-nə bərabərdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   Ukrayna   yardım  



Xəbər lenti