İlon Maskın şirkətləri “beyin”ləri itirir
“Vəzifələrini tərk edənlər arasında “Tesla” şirkətinin ABŞ-dəki satış komandasının, akkumulyator və güc aqreqatı bölmələrinin, ictimaiyyətlə əlaqələr və şirkətin baş informasiya şöbəsinin əsas işçiləri var”, - qəzet yazır.
Bundan əlavə, Maskın xüsusi ümidlər bəslədiyi “Optimus” antropomorfik robotu və süni intellekt modelləri layihələri üzərində işləyən əsas mütəxəssislər “Tesla” şirkətindən ayrılıblar. Maskın hesablamalarına görə, robotlar şirkətin gələcək dəyərinin 80%-ni təşkil edə bilər.
“Daha əhəmiyyətli itki isə Mask tərəfindən 2023-cü ildə əsası qoyulmuş süni intellekt inkişafı startapı “xAI”-dən işçilərin axını idi”, - nəşr vurğulayır.
Belə ki, mart ayında “X” sosial şəbəkəsi ilə birləşən şirkət tez bir zamanda maliyyə direktoru və baş məsləhətçisini itirdi - onlar cəmi bir həftə fərqlə şirkəti tərk ediblər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Mask şirkətlər işçilər







Vaxtında, Aydın, Lazımlı!


