Çin Türkiyədə külək turbinləri hazırlayacaq

   Çin Türkiyədə külək turbinləri hazırlayacaq
  30 Sentyabr 2025    Oxunub:739
Çinin "Dongfang Electric Corporation" şirkəti Türkiyədə illik 2000 meqavat gücə malik külək turbinləri istehsalı müəssisəsi quracaq.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar özünün "X" hesabında məlumat yayıb. Bildirib ki, külək enerjisi sahəsində qabaqcıl istehsalçı sayılan şirkətin rəhbərliyi ilə görüş baş tutub. Şirkət sözügedən layihə üçün ilkin mərhələdə 250 milyon dollarlıq sərmayə ayırıb.

"Türkiyə külək və günəş enerjisində 2035-ci ilədək 120 min meqavat həcmində sabit gücə çatmağı planlaşdırır. Bu çərçivədə ölkəmizin külək turbini və günəş paneli istehsalı potensialını da artırmaq niyyətindəyik", – nazir söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Çin   külək-enerjisi  



Xəbər lenti