Vitkof vəzifədən gedə bilər

   Vitkof vəzifədən gedə bilər
  30 Sentyabr 2025    Oxunub:875
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun 2025-ci ilin sonunadək öz vəzifəsindən gedəcəyi gözlənilir.
Bu barədə İsrailin "The Times of Israel" xəbər saytı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişə başa çatdıqda Stiv Vitkof istefa verəcək. Onun ofisi artıq vəzifə dəyişikliyinə hazırlaşır.

Stiv Vitkof rəsmi surətdə "Yaxın Şərq üzrə xüsusi nümayəndə" vəzifəsini tutsa da, Ağ Evdə xüsusi nüfuza malikdir. O, Prezident Donald Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtması fonunda Rusiyaya səfərə yollanan ilk hökumət nümayəndəsi idi. Diplomatın ilk səfəri fevralın 11-də baş tutmuşdu. Aprelin 25-də ikinci səfərdə isə Stiv Vitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   nümayəndə   istefa  



Xəbər lenti