ABŞ və müttəfiqləri İraqdan çıxır

   ABŞ və müttəfiqləri İraqdan çıxır
  01 Oktyabr 2025    Oxunub:427
ABŞ və onun İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyadakı müttəfiqləri mövcud plana uyğun olaraq İraqdakı hərbi mövcudluğunu azaldacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ hərbi departamenti katibinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnell çərşənbə axşamı dərc olunmuş yazılı bəyanatında deyilir. Onun sözlərinə görə, ABŞ və koalisiya tərəfdaşları Amerika prezidenti Donald Trampın göstərişinə əsasən və ikitərəfli hərbi komissiyanın qərarına uyğun olaraq İraqdakı hərbi missiyalarını azaldacaqlar:

“ABŞ və onun müttəfiqlərinin İraqdakı hərbi mövcudluğunun azaldılması İŞİD-ə qarşı mübarizədə ümumi uğuru və əvvəllər əldə edilmiş razılaşmalara əsaslanan təhlükəsizlik sahəsində İraqla ikitərəfli əməkdaşlıq formatına keçidi əks etdirir”.

AzVision.az




Teqlər:



Xəbər lenti