Axios: "Vasitəçilər HƏMAS-ı müharibəyə son qoymağa çağırırlar"

      Axios:    "Vasitəçilər HƏMAS-ı müharibəyə son qoymağa çağırırlar"
  01 Oktyabr 2025    Oxunub:1063
"Türkiyə, Qətər və Misir Fələstinin HƏMAS terror təşkilatını ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəni başa çatdırmaq təklifinə müsbət cavab verməyə çağırır".
Bu barədə danışıqların gedişindən məlumatlı mənbələr "Axios" xəbər saytına açıqlama veriblər. Məlumata əsasən, dünən Kuantiko şəhərində yüzlərlə hərbçi qarşısında çıxışında Donald Tramp adıçəkilən təşkilata təklifə cavab verməsi üçün 3-4 gün vaxt verib. Prezident vurğulayıb ki, HƏMAS-ın razılığa gəlməsi "onun xeyrinədir", əks təqdirdə, "onlara baha başa gələcək".

Hazırda həm ABŞ, həm də İsrailin hökumət nümayəndələri təşkilatın təkliflə razılaşacağını gözləyir. Türkiyə, Qətər və Misir tərəfindən də ali rütbəli şəxslər HƏMAS rəhbərliyi ilə görüşüblər. Qətərin Baş naziri Məhəmməd Əl-Sani və Misirin Baş Kəşfiyyat İdarəsinin direktoru Həsən Rəşad ABŞ Prezidentinin planını dünən Doha şəhərində təşkilatın liderlərinə çatdıraraq, bu plan "ən yaxşı sövdələşmə" adlandırıblar. Görüşə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalın da qoşulub. Bu üç ölkə HƏMAS-la yaxın əlaqələrə malik vasitəçi tərəflər qismində qruplaşma ilə İsrail arasında mesajlar ötürülməsini həyata keçirir.

"Qətərin Baş naziri Məhəmməd Əl-Sani Donald Trampla söhbətlərinə əsaslanaraq əmindir ki, o, müharibəni başa çatdırmaq niyyətində ciddidir. Bu, HƏMAS üçün etibarlı təminatdır. Təşkilat rəhbərliyi təklifin "vicdanla" nəzərdən keçiriləcəyini bildirib", - sayt yazır.
Türkiyə Qəzza üzrə danışıqlara qoşulacaq

Bildirək ki, Donald Trampın Qəzza üzrə atəşkəs planı həyata keçərsə, əsas mərhələdə İsrail Ordusu zolaqdan mərhələli surətdə çəkiləcək, eyni zamanda, HƏMAS tamamilə silahsızlaşdırılacaq. 2000 fələstinli məhbus azadlığa çıxarılacaq, humanitar yardım axını artırılacaq. ABŞ hökuməti diqqətə çatdırıb ki, HƏMAS-ın müəyyən düzəliş tələblərinin nəzərdən keçirilməsi mümkündür, amma plan bütövlükdə müzakirəyə bağlıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   danışıqlar  



Xəbər lenti