Britaniya şahzadəsi gözlənilmədən Kiyevə gəlib

Britaniya şahzadəsi gözlənilmədən Kiyevə gəlib
  01 Oktyabr 2025    Oxunub:1023
Böyük Britaniya kralı III Karlın bacısı, şahzadə Anna Kiyevə qəfil səfər edib.
AzVision.az xəbər verir ki, Bukinqem karl sarayına istinad edən “BBC” telekanalı belə məlumat yayıb.

“Səfərin məqsədi münaqişənin ön cəbhəsində yaşayan uşaqların travmatik təcrübələri barədə məlumatlılığı artırmaq olub. Səfər zamanı şahzadə Rusiyanın genişmiqyaslı işğalından sonra ölən uşaqların xatirəsinə ucaldılmış abidəni ziyarət edib və ora oyuncaq ayı qoyub”, - xəbərdə deyilir.

Şahzadə Anna rus qoşunları tərəfindən evlərindən aparılan, lakin sonradan Ukraynaya qaytarılan gənclərlə də danışıb.

Bundan başqa, şahzadə səfəri zamanı prezident Vladimir Zelenski ilə görüşərək Böyük Britaniyanın Ukraynaya dəstəyini müzakirə edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   şahzadə   Ukrayna  



Xəbər lenti