Tayvan Rusiyaya milyardlarla dollar qazanc verib

   Tayvan Rusiyaya milyardlarla dollar qazanc verib
  01 Oktyabr 2025    Oxunub:784
Tayvanın Rusiyadan neft idxalı təxminən altı dəfə artaraq Kremlə milyardlarla qazanc gətirib ki, bu da yüz minlərlə PUA-nın istehsalı üçün yetərlidir.
AzVision.az xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqat Mərkəzi (CREA) və Ətraf Mühit Hüquqları Fondu (ERF), Ecodefense və Urgewald tərəfindən aparılan təhlildə belə deyilir.

2022-ci ildən bəri Tayvanın Rusiya neftinin idxalı təxminən altı dəfə artaraq Moskvaya 1,7 milyard dollar gəlir verib. Tədqiqatçıların fikrincə, bu məbləğ 170 min “Gerber” dronunun istehsalı üçün kifayət edərdi.

Bu ticarətə görə Tayvan Rusiyaya və onun yanacaq ticarətinə qarşı sanksiyalar tətbiq edən ölkələrlə diplomatik münasibətlərin pisləşməsi riski ilə üzləşir.

“Tayvan işğal başlayandan bəri Ukraynaya ümumilikdə 50 milyon dollarlıq ikitərəfli yardım edib. Bununla belə, Rusiya neftinə görə bundan 220 dəfə çox - 11,2 milyard dollar ödəməli olub”, - hesabatda bildirilir.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlindən 2025-ci ilin iyun ayının sonuna qədər Tayvan 4,9 milyard ABŞ dolları dəyərində 6,8 milyon ton Rusiya nefti idxal edib ki, bu da Rusiyanın ümumi ixracının 20%-i deməkdir.

Bu, Tayvanı dünyada Rusiya neftinin üçüncü ən böyük alıcısına çevirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tayvan   Rusiya   neft  



Xəbər lenti