Münhen hava limanında PUA aşkarlanıb

   Münhen hava limanında PUA aşkarlanıb
  03 Oktyabr 2025    Oxunub:1053
Almaniyanın Münhen şəhərindəki beynəlxalq hava limanının ərazisində gecə saatlarında iki pilotsuz uçuş aparatının (PUA) aşkarlanması nəticəsində uçuşlar dayandırılıb.
Münhen hava limanının mətbuat xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində təqribən 3 min sərnişini əhatələyən azı 17 uçuş təxirə salınıb. Hava limanına enəcəyi gözlənən 15 təyyarə isə digər şəhərlərə yönəldilib.

Yerli polis diqqətə çatdırıb ki, qaranlıq havada PUA-nın növü, böyüklüyü, mənşəyi müəyyənləşdirilə bilinməyib. Hazırda hava limanı fəaliyyətini tamamilə dayandırıb. Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Xatırladaq ki, ötən günlərdə Danimarka paytaxtı Kopenhagen şəhərində yerləşən hava limanında da oxşar hadisə meydana gəlmiş, uçuşlar təxirə salınmışdı. PUA "hücum"larının Rusiya tərəfindən həyata keçirildiyi iddiası irəli sürülsə də, rəsmi Moskva, eləcə də şəxsən Prezident Vladimir Putin bu iddiaları yalanlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   hava-limanı   PUA   təhlükə  



Xəbər lenti